Sədərəkdə yarım qalan işlərin tamamlanması üçün 9 milyon ayrıldı

03.10.2025

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tender müsabiqəsi elan edib.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsi Sədərək rayonunun Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərinin su təchizatı və kanalizasiya sistemləri üzrə yarım qalmış işlərin icrası ilə bağlıdır.
Qeyd edək ki, müsabiqənin ehtimal olunan qiyməti 9 milyon 107 min 660 manat 99 qəpik təşkil edir.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью