“Sədərək”dən Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA: Sevan gölünün ətrafında oteli var

16.10.2025

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ramiz Mehdiyevin “Sədərək” ticarət mərkəzində heç bir obyekti yoxdur. Birmənalı olaraq təkzib  edirəm. Ramiz Mehdiyev “Sədərək”də balaca dükanları neyləyir ki? Onun ölkənin hüdudlarından kənarda – xaricdə elə böyük obyektləri, Sevan gölünün ətrafında oteli var. Bunlar hamısı sübut olunub. Onun nəyinə gərəkdir, “Sədərək”də bir mağaza götürə, burda paltar satıla?”

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında “Sədərək” ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib.

“Əlinizdə Ramiz Mehdiyevin “Sədərək”də obyekti olmasını təsdiq edən nəsə var?  Onun ölkənin hər yanında obyektləri, villaları mövcuddur. Yəqin ki, əsası var, siyahısını da qoyublar”, – o bildirib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью