Sədr DGK əməkdaşlarının 3 aydır verilməyən maaşları barədə: Ajiotaja ehtiyac yoxdur”

28.01.2025

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət Gömrük Komitəsinin əməkdaşları oktyabr ayından bəri əməkhaqlarını, həmçinin məzuniyyət pullarını da ala bilmir.

Hətta problemi hüquqi müstəvidə həll etmək istəyib bununla bağlı məhkəməyə müraciət edənlər də var. 
 

Sfera.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Gününsəsi.info-ya açıqlamasında sözügedən məlumatı təsdiqləyib.

“Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”, - deyə sədr bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью