Sədr müavini: ABBnin 2024cü il üzrə xalis mənfəəti 300 mln. manat civarında gözlənilir

28.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2024-cü ili müsbət nəticələrlə bitirib.

Bunu “APA-Economics”ə açıqlamasında ABB-nin İdarə Heyətinin sədr müavini Nəbi Əliyev deyib. O bildirib ki, bankın xalis mənfəətinin 300 milyon manat civarında olacağı gözlənilir. Dəqiq rəqəmlər isə gələn ilin yanvar ayında açıqlanacaq.

Qeyd edək ki, ABB 2024-cü ilin III rübünü 373,7 mln. manat əməliyyat mənfəəti, 235,1 mln. manat xalis mənfəətlə bitirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью