Sədr müavini: Aqrar sektor üçün texniki bacarıqları yüksək olan mütəxəssislər yetişdirilmə…
Icma.az bildirir, Azertag portalına istinadən. Bakı, 4 iyun, AZƏRTAC Azərbaycanda aqrar sektor üçün texniki bacarıqları yüksək olan, problem
Ali təhsil ocaqları həm də peşəkarların inkişaf etdiyi və potensiallarının üzə çıxdığı mərkəzlərə çevrilməlidir.
Qida təhlükəsizliyi də çoxşaxəli sahədir və bu sahə üçün müxtəlif ixtisasları əhatə edən biliklərə malik mütəxəssislər hazırlanmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda Bakıda keçirilən konfransda səsləndirib.
Anar Əzimov bildirib ki, təhlükəli qidalar bir sıra xəstəliklərə səbəb olur.
Bu isə yalnız sağlamlığa deyil, ticarətə də mənfi təsir göstərir.
"Qida təhlükəsizliyi sahəsi ölkənin ümumi rifahına və inkişafına birbaşa təsir edir.
Bu kontekstdə ali təhsil müəssisələrinin rolu da ön plana çıxmalıdır", - deyə sədr müavini diqqətə çatdırıb.
Tam oxu
Xəbəri oxu