Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bunu Ölkə.az-a müsahibəsində Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini Bəhruz Qayıbov deyib.
O bildirib ki, daşınmaz əmlak qiymətlərinin yüksəlməsi ləğvedici qismində Fondun institusional maraqlarına uyğundur:
"Aktivlər bir neçə müstəqil qiymətləndirici subyektin rəyi əsasında dəyərləndirilir və cari bazar konyunkturasına uyğun olaraq hərraca çıxarılır. Satış qiymətinin yüksək olması ləğv prosesində olan bankların kreditorlar qarşısındakı öhdəliklərinin daha səmərəli icrasını təmin edir".
"Əmlakların cari bazar dəyərinin adekvatlığı və ya subyektiv formalaşması məsələsi isə Fondun qanunvericiliklə müəyyən edilmiş səlahiyyət çərçivəsinə aid deyildir. Ümumilikdə, bu göstərici bazar iqtisadiyyatının fundamental tələb və təklif qanunauyğunluqları ilə tənzimlənir; belə ki, real tələb olmadıqda müvafiq təklif qiyməti də formalaşa bilməz", - deyə B. Qayıbov əlavə edib.