Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 17 dekabr, AZƏRTAC
Gömrük yığımlarının dövlət büdcəsinin qeyri-neft gəlirlərində payı 34 faizə yüksəlib.
AZƏRTAC verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov Bakıda keçirilən Gömrük-Biznes Forumu çərçivəsində panel sessiyada bildirib.
N.Şirinov qeyd edib ki, büdcənin qeyri-neft gəlirlərinin üçdəbiri gömrük xətti ilə daxil olur. Onun sözlərinə görə, Azərbaycanda ümumi gömrük yığımlarının dövlət büdcəsində payı 18 faiz təşkil edir ki, 10 il əvvəl bu göstərici 10 faizdən az idi.