Sədrinə töhmət verilən qurum 103 milyon zərərlə işləyib | Icma.az
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilməsi, eləcə də agentliyin aparat rəhbəri Kənan Qasımovun işdən çıxarılması ilə bağlı yayılan xəbərlər müzakirə mövzusu olaraq qalır.
Xüsusilə, son illər agentliyə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ilə turizimin inkişafı sahəsində aparılan işlərlə tərs mütənasibdir.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu ilin büdcəsindən ölkədə turizm imkanlarının genişləndirilməsi, regionlarda turizm fəaliyyətinin stimullaşdırılması üçün Dövlət Turizm Agentliyinə dövlət büdcəsindən 53,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
2024-cü ildə Dövlət Turizm Agentliyinə dövlət büdcəsindən 54,4 milyon manat, o cümlədən “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin xərclərinin bir hissəsinin örtülməsi üçün 12,1 milyon manat vəsait nəzərdə tutulub.
2023-cü ilin dövlət büdcəsinin “İqtisadi fəaliyyət” bölməsinin “Turizm” paraqrafı üzrə xərclərinə 29,8 milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyinin hesabatları göstərir ki, agentlik əsasən Azərbaycanın turizm imkanlarının dünyada tanıdılması adı altında vəsaitləri xərcləyib.
Rusiya, Almaniya, İngiltərə, BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail, Türkiyə, Qazaxıstan, İspaniya, Çin, Özbəkistan, Yaponiyada sərgi üçün stendlərin tikilişinə 1,7 milyon manat, Azərbaycan turizminin təbliğatı üçün Gürcüstan ofisinin saxlanmasına 0,2 milyon manat, BMT-nin İnkişaf Proqramının Azərbaycanda Regionların Dayanıqlı Turizminin İnkişafı ilə bağlı Proqramına dəstəklə bağlı xərclərə 2,9 milyon manat, xarici ölkələrdə Azərbaycan turizminin təbliği üçün sərgilərdə iştirak etmək məqsədi ilə sahələrinin icarəsinə (Rusiya, Almaniya, İngiltərə , BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail, Türkiyə, Qazaxıstan, İspaniya, Çin, Özbəkistan, Yaponiya), Worldchef ilə birgə əməkdaşlıq çərçivəsində Avstriya, Lüksemburq İtaliya, BƏƏ kimi ölkələrdə Azərbaycanın dünyaca məşhur yeməklərinin kulinariya yarışlarında təqdim olunmasına 2,9 milyon manat, xarici ölkələrdə təbliğat xarakterli işlər, həmçinin dünyaca məşhur rəqəmsal yayım platformalarında təbliğat işlərinin aparılmasına 2,1 milyon manat, İslam Əməkdaşlığı Təşkilatları ilə Turizm əlaq ələrinin gücləndirilməsi məqsədi ilə həyata keçirilən tədbirlərə 0,1 milyon manat, Türk dünyası Təşkilatları ilə turizm əlaqələrinin gücləndirilməsi məqsədi ilə həyata keçirilən tədbirlərə isə 0,1 milyon manat vəsait xərcləyib.
Tam oxu
Xəbəri oxu