Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Çelsi” Seneqalın 16 yaşlı gənc istedadı Süleyman Fayeni sınaq məşqlərinə dəvət edib.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi artıq “zadəganlar”ın futbolçusu Koul Palmerlə müqayisə olunmağa başlayıb.
“Şef” ləqəbli Faye Mərakeşdə keçirilən 17 yaşadək futbolçular arasında Afrika Millətlər Kubokunda Seneqal milli komandasının çempionluğunda mühüm rol oynayıb. O, həmçinin Qərbi Afrika Futbol Federasiyaları İttifaqının (WAFU) təşkil etdiyi regional turnirdə ən yaxşı bombardir və ən yaxşı oyunçu adlarına layiq görülüb, bu il isə komandasının finala yüksəlməsinə töhfə verib.
Fayenin yetirməsi olduğu “Be Sport” akademiyası gənc futbolçunun “Çelsi” formasında “Kobhem” bazasında keçirdiyi məşqlərdən fotolar paylaşıb. 16 yaşlı istedadın məşq prosesini Xabi Alonso da yaxından izləyib.