Şəfa 3 oyunçusu ilə müqavilə yeniləmədi RƏSMİ

09.06.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

1-ci Liqadakı mübarizənin sonuna bir tur qalmış çempion olaraq elitaya yüksələn "Şəfa" klubu üç futbolçusu ilə əməkdaşlığa son qoyub.

Fanat.Az xəbər verir ki, məlumatı Bakı təmsilçisinin mətbuat xidməti yayıb.

Qapıçı Əli Həsənli, müdafiəçi Zahid Mərdanov və yarımmüdafiəçi Emin Zamanovla yeni müqavilə imzalanmayıb.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью