“Şəfa” 4 gənc futbolçunu heyətinə qatıb

12.08.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 12 avqust, AZƏRTAC

“Şəfa” klubu növbəti transferlərini reallaşdırıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, Bakı təmsilçisi 4 gənc futbolçunu heyətinə qatıb. 19 yaşlı qapıçı Ayxan Əlizadə, 20 yaşlı müdafiəçi Nurhan Abdıyev, 19 yaşlı yarımmüdafiəçi Eltun Babazadə və 20 yaşlı vinger Elmar Məmmədovla müqavilə imzalanıb.

Qeyd edək ki, Ayxan Əlizadə, Elmar Məmmədov və Eltun Babazadə ilə anlaşmanın müddəti 2 illikdir. Nurhan Abdıyev isə 1 illik sözləşməyə imza atıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью