Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Premyer Liqanın debütantı “Şəfa” növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Bakı klubu qapıçı Nicat Mehbalıyevi heyətinə qatıb.
Məlumatı klubun mətbuat xidməti yayıb. Qolkiperlə 1 illik müqavilə imzalanıb.
Nicat Mehbalıyev son olaraq “Sabah”ın formasını geyinib və ötən mövsüm Misli Premyer Liqasının və Bizon Azərbaycan kubokunun qalibi olub.
25 yaşlı qapıçı karyerası ərzində “Qarabağ”ın da üzvü olub. O, müxtəlif vaxtlarda icarə əsasında “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib.