“Şəfa” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

12.08.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 12 avqust, AZƏRTAC

“Şəfa” klubu növbəti transferini reallaşdırıb.

Premyer Liqa təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, braziliyalı hücumçu Luis Felipe da Silva Rodrigeslə 1+1 illik müqavilə imzalanıb.

25 yaşlı futbolçu son olaraq Albaniyanın “Vora” klubunda çıxış edib. Ölkəsində isə “Boavista”, “Parana”, “Kaldense”, “Banqu Atletiko”, “Sentro Sportivo Alaqoano”, “İpatinqa” və “Volta Redonda” klublarının formasını geyinib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью