Şəfa dan ayrılan hücumçu bu kluba keçə bilər SON DURUM

10.08.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qışda "İmişli"dən ayrılaraq "Şəfa"ya keçən, 1-ci Liqada çempion olandan sonra Bakı təmsilçisi ilə vidalaşan hücumçu İbrahim Əliyevin yeni iş yeri müəyyənləşmək üzrədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, o, yeni sponsorla anlaşandan sonra hazırlığa başlayan "Mingəçevir"lə danışıq aparır.

Premyer Liqa təmsilçilərinin maraq göstərmədiyi 27 yaşlı ön xətt oyunçusunun maddi tələbləri təmin əldə edilsə, onunla 1 mövsümlük müqavilə imzalanacaq. 

Xatırladaq ki, mövsümün sonunda "Şəfa"nı çempionluğa daşıyan 34 yaşlı mütəxəssis Elgiz Kərəmli ilə yollarını ayıran rəhbərlik komandanı "Zirə"nin akademiyasının sabiq koordinatoru Zaur Həşimova tapşırıb. Bu yay Ramiz Məmmədovla vidalaşan "işıqçılar" isə yeni mövsümə Elman Sultanovun rəhbərliyi altında hazırlaşır.

Toğrul

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью