Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
Azərbaycan Premyer Liqasının yeni iştirakçısı "Şəfa"nın heyətini gücləndirmək istiqamətində növbəti addımları müəyyənləşib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Bakı təmsilçisi iki yerli futbolçu ilə razılıq əldə edib.
Söhbət "Araz-Naxçıvan"dan ayrılan Coşqun Diniyev və "Şamaxı" ilə vidalaşan Arsen Ağcəbəyovdan gedir.
Mənbənin bildirdiyinə əsasən, hər iki futbolçunun transferi ilə bağlı bütün məsələlər həll olunub və keçidlərin yaxın günlərdə rəsmən açıqlanması gözlənilir.
Beləliklə, Premyer Liqaya vəsiqə qazanan "Şəfa" yeni mövsüm öncəsi heyətini təcrübəli yerli oyunçularla gücləndirməyə başlayıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünə avqust ayında start veriləcək.