Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Şəfa”nın doğma arenasına qayıdışı yubanır.
Futbolpress.az xəbər verir ki, Bakı təmsilçisi bu ay “Şəfa Arena”ya qayıtmağı planlaşdırsa da, hələlik işlər yubanır.
Stadion FIFA tərəfindən beynəlxalq sertifikat alıb. Lakin texniki məsələlərə görə arenada işlər tamamlanmayıb. Bu səbəbdən komanda növbəti ev oyununu da Sumqayıtda keçirəcək. “Qəbələ”yə qarşı matç noyabrın 21-də baş tutacaq.
İşlərdə axsama olmazsa, “Şəfa” XIV turda “Neftçi”ni doğma meydanında qəbul edəcək. Bu matç dekabrın 7-də keçiriləcək.
Bakı təmsilçisi çempionatda 11 turdan sonra 5 xalla 12 komanda arasında 11-cidir.