Şəfa futbol klubunun yeni rekordu: 9 oyun məğlubiyyətsiz | Icma.az
Icma.az, Fanat saytına istinadən bildirir. «Şəfa» futbol klubu 1998-ci ildə Azərbaycan Futbol Federasiyasının (AFFA) rəhbəri Fuad Musayevin
Klubun ilk heyəti U-18 yaş qrupunun milli komandasında yer alan futbolçulardan ibarət olub.
1998-ci ildən etibarən Azərbaycan Premyer Liqasında mübarizə aparan «Şəfa» 2000/2001-ci illər mövsümündə Azərbaycan Kubokunu «Neftçi» futbol klubuna 2:1 qalib gələrək qazanmışdır.
Qeyd edək ki, bundan başqa Avrokuboklarda pley-off mərhələsində iştirak etmişdir.
Hal-hazırda keçirilən Azərbaycan Çempionatında «Şəfa» FK ardıcıl 9 oyundur məğlubiyyətsizlik seriyasını davam etdirir.
«MyGroup Holding»in tərkibində olan «Şəfa» futbol klubu ard-arda qazandığı qələbələrlə yenidən tarix yazmağa qayıdıb.
Klub fəaliyyətini «MyGroup Holding»in vasitəsilə ilə bərpa edib. Son dövrlərdə «Şəfa» İkinci liqada ardıcıl 9 oyunda qalib gəlib.
Klub sonuncu matçda «Hypers Guba» futbol klubuna 3:1 hesabı ilə qalib gələrək öz yerini daha da möhkəmləndirib, 25 xal ilə «Şimal» klubunu geridə qoyub.
Tam oxu
Xəbəri oxu