Şəfa iclas keçirildi: Zaur Həşimovla bağlı qərar verildi

25.11.2026

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün "Şəfa" futbol klubunun iclası olub.

Premyer Liqa təmsilçisindən Qaynarinfo-ya verilən məlumata görə, iclasda klub rəhbərliyi və baş məşqçi Zaur Həşimov iştirak edib.

Toplantıda komandanın cari mövsümdə sərgilədiyi oyun və qeydə alınan qeyri-sabit nəticələr müzakirə olunub. Mövcud vəziyyətə baxmayaraq, Zaur Həşimovla əməkdaşlığın davam etdirilməsinə qərar verilib. Baş məşqçiyə inamını ifadə edən klub rəhbərliyi bundan sonra da lazımi dəstəyin göstəriləcəyini bildirib.

Qeyd edək ki, bu mövsüm Premyer Liqaya qayıdan "Şəfa" klubu 12 turdan sonra 5 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью