Şəfa klubu yeni mövsüm üçün SOCAR Polymer Arena ilə müqavilə imzalayıb

23.06.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "Şəfa" klubu yeni mövsüm üçün "SOCAR Polymer Arena" ilə müqavilə bağlayıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq paytaxt təmsilçisindən bildirilib.

"Şəfa" klubu olaraq yeni mövsüm üçün "SOCAR Polymer Arena" ilə müqavilə bağlamışıq. Amma yenə də stadion axtarışımız davam edir", - deyə açıqlamada vurğulanıb.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustda start veriləcək. "SOCAR Polymer Arena" Sumqayıtda yerləşir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью