Şəfa Kosovo klubundan ayrılan Tağıyevi heyətinə qatdı

19.01.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

1-ci Liqada çempionluq uğrunda mübarizə aparan "Şəfa" növbəti transferini realllaşdırıb.

Bakı təmsilçisindən Fanat.Az-a verilən məlumata görə, Kosovonun "Drenitsa" klubundan ayrılan yarımmüdafiəçi Elmir Tağıyev heyətə qatılıb.

25 yaşlı Elmir mövsümün geridə qalan hissəsində Kosovo komandasında 5 matça çıxıb və məhsuldar göstəricilərlə yadda qalmayıb.

"Şəfa" 30 xalla 1-ci Liqanın turnir cədvəlinə başçılıq edir. 33 yaşlı Elgiz Kərəmlinin  çalışdırdığı kollektiv çempionatda yenilgi acısı dadmayıb.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью