Şəfa milli üzvü ilə danışıqlara başladı

22.05.2026

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Şamaxı"nın futbolçusu Rüfət Abbasov karyerasını "Şəfa"da davam etdirə bilər. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Paytaxt təmsilçisi müdafiəçi ilə danışıqlara başlayıb. "Şamaxı"nın əsas fiqurlarından sayılan Rüfət Abbasov qərar verməkdə tələsmir. Buna səbəb 21 yaşlı futbolçunun karyerasını ölkə xaricində davam etdirmək istəməsidir.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü bu mövsüm Premyer Liqada meydana çıxdığı 33 matçda 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью