Şəfa Nicat Mehbalıyevlə müqavilə imzalayıb

09.06.2026

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Şəfa" növbəti transferini reallaşdırıb.

SİA kluba istinadən xəbər verir ki, qapıçı Nicat Mehbalıyevlə 1 illik müqavilə imzalanıb.

N.Mehbalıyev son olaraq "Sabah"ın formasını geyinib və ötən mövsüm Misli Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olub.

25 yaşlı qolkiper karyerası ərzində "Qarabağ"ın da üzvü olub. O, müxtəlif vaxtlarda icarə əsasında "Sumqayıt" və "Qəbələ" klublarında çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью