Icma.az, Fanat saytına istinadən bildirir.
Bu gün "Şəfa" 1-ci Liqanın 7-ci turu çərçivəsində səfərdə "Mingəçevir"i 3:2 hesabı ilə məğlub edib.
Fanat.Az-ın hesablamalarına görə, Bakı təmsilçisi məğlubiyyətsiz oyunlar seriyası bir qədər uzanıb.
33 yaşlı mütəxəssis Elgiz Kərəmlinin rəhbərlik etdiyi komanda artıq 21 oyundur ki, uduzmur.
Bu matçlardan 13-ü 2-ci, 7-si 1-ci Liqaya, 1-i isə Azərbaycan Kubokuna təsadüf edib.
Xatırladaq ki, hazırda 19 xalı olan "Şəfa" 1-ci Liqanın turnir cədvəlində şəriksiz lider mövqeyindədir.
Nihat