Şəfa nın görüşmək istəmədiyi Marafon özünə rəqib tapdı

26.09.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Region Liqasına hazırlaşan "Marafon" bu gün yoxlama oyununda qüvvəsini sınayacaq.

Bu barədə Fanat.Az-a Sabirabad təmsilçisinin baş məşqçisi Amid Zeynalov məlumat verib. 
Ötən gün "Şəfa" ilə oyun planlaşdıran, ancaq qarşı tərəfin imtinası səbəbindən görüşü ləğv edən "Marafon" Region Liqasının digər debütantı "Bakı TFK" (Bakı Tələbə Futbol Klubu) ilə qarşılaşacaq. 

Oyun "Rekord Arena"da baş tutacaq və saat 21:30-da start götürəcək.

Qeyd edək ki, "Marafon" hazırlıq çərçivəsində ilk oyununu növbəti mövsüm Region Liqasında çıxış edəcək "Mərcanlı"ya qarşı keçirib və 3:4 hesabı ilə uduzub.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью