Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Şəfa”nın kapitanı Murad Musayev Misli Premyer Liqasının 5-ci turunda “Sabah”a 3:0 hesablı məğlubiyyəti şərh edib.
Sportal.az saytına açıqlama verən müdafiəçi komandasının bu görüşdəki uğursuzluğu haqda bunları deyib:
"Çempionlar Liqasında çıxış edən komandaya qarşı oynamaq bizim üçün çətin idi. Buna baxmayaraq, bəzi hallarda lazım olan oyunu oynaya bildik. Məğlubiyyətin səbəbi isə rəqibimizin gücüdür. Yeni komandamız var və bu məğlubiyyəti böyük problem hesab etmirəm. Bu gün oyunumuzu təkmilləşdirmək üzərində işləyirik və düşünürəm ki, "Şəfa" bu işin öhdəsindən yaxşı gəlir. Qarşıda bizi Azərbaycan futbolunun digər favoriti olan "Qarabağ"la oyun gözləyir. Çətin olacaq, amma yaxşı oyun göstərməyə çalışacağıq".
saytlarin hazirlanmasi