Şəfa nın kapitanının aqibətinə bu gün aydınlıq gələcək

08.06.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1-ci Liqada sona bir tur qalmış çempion olaraq Premyer Liqaya vəsiqə qazanan "Şəfa"nın kapitanı Tərlan Quliyevin aqibətinin necə olacağı futbol ictimaiyyətini maraqlandıran mövzulardandır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, təcrübəli arxa xətt oyunçusunun Bakı komandasında qalıb-qalmayacağı bu gün dəqiqləşəcək.

Belə ki, "Şəfa"nı elitaya daşıyan 34 yaşlı mütəxəssis Elgiz Kərəmlinin yerinə gətirilən Zaur Həşimov yaxın saatlarda Tərlanla görüşəcək və tərəflər mümkün əməkdaşlığı müzakirə edəcəklər.

Xatırladaq ki, "Şəfa" geridə qalan mövsümü 57 xalla başa vurub.

Toğrul 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью