Icma.az bildirir, Fanat portalına istinadən.
Futbol üzrə Azərbaycan 1-ci Liqasında qış fasiləsi fevralın 5-də başa çatacaq. Bu tarixdə 13-cü tur start götürəcək. Lider "Şəfa" ən yaxın təqibçisi "Baku Sportinq"lə üz-üzə gələcək. "Baku Sportinq"in məşqçisi Röyal Nəcəfov ilə əlaqə saxlayıb qarşıdakı matçdan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bizi liderə qarşı çox ağır oyun gözləyir. "Şəfa" liqanın məğlub olmayan yegənə komandasıdır. Rəqib yaxşı komandadır, amma biz də yaxşı komandayıq və bu oyuna lazımınca hazırlaşmışıq. Bütün oyunlara 3 xal üçün çıxırıq. "Şəfa"nın məğlubiyyətsiz oyunlar seriyasına son qoymağa çalışacağıq. Qələbə qazanmaq, çempionluq yarışında "biz də varıq" demək istəyirk".
Qeyd edək ki, "Şəfa"nın hazırda 30, "Baku Sportinq"in isə 25 xalı var.
Nihat