Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Şəfa"nın yeni transferi Tyaqo Silva Sportal.az saytına açıqlama verib.
Paytaxt klubunun portuqaliyalı qolkiperi “Şəfa”ya keçidini bu cür şərh edib:
"Burada olmağımdan çox məmnunam. “Şəfa” ilə başlayacaq yeni mərhələyə həyəcanla yanaşıram. Həm şəxsi, həm də komanda səviyyəsində bu mövsümlə bağlı böyük hədəflərim var. Çox çalışmaq, klubun məqsədlərinə çatmasına töhfə vermək istəyirəm. Ümid edirəm ki, birlikdə xüsusi işə imza atacağıq. Qarşıda görüləcək çox iş olduğunu bilirəm, lakin bu çağırışa hazıram və yenidən oynamağı səbirsizliklə gözləyirəm".