Şəfa nın yeni transferi kənarda qalacaq SƏBƏB

15.07.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Misli Premyer Liqasında debüt etməyə hazırlaşan "Şəfa"nın bu yay heyətinə cəlb etdiyi Fərid Yusifov bir müddət kənarda qalacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, ötən mövsümü "Turan Tovuz"da keçirən 24 yaşlı yarımmüdafiəçi ikitərəfli oyun zamanı xəsarət alıb.

MRT müayinəsi zamanı sözügedən oyunçunun zədəsinin ciddi olmadığı üzə çıxsa da, onun təxminən bir həftə kollektiv məşqlərə qatılmaması uyğun hesab olunub.

Xatırladaq ki, "Şəfa" rəhbərliyi komandanı 1-ci Liqada çempionluğa daşıyan 34 yaşlı mütəxəssis Elgiz Kərəmli ilə əməkdaşlığa son qoyub. Onun yerinə "Zirə"nin akademiyasının sabiq koordinatoru Zaur Həşimov gətirilib.

Toğrul

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью