Şəfa qızlar komandasını ləğv edir? Açıqlama

04.06.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

Premyer Liqanın debütantı "Şəfa"nın qadınlar arasında Yüksək Liqada komandasının olmayacağı ilə bağlı xəbər yayılıb. Bakı klubunun I Liqada çıxış edərkən mövcüd olan komandanı ləğv etmək niyyətində olduğu bildirilir. 

Fanat.Az komandanın ləğv olunması ilə bağlı məlumatı baş məşqçi Gülyana Özcan (əvvəlki soyadı Güvəndiyeva olub, sabiq hakimdir - red.) ilə dəqiqləşdirmək istəyib.

Ancaq o, məlumatı nə təsdiq, nə də təkzib edib: 

"Yaxşı olardı ki, bu barədə klubdan açıqlama alasınız. Mənim mövzu ilə bağlı nəsə deməyim yaxşı alınmaz. Mən baş məşqçiyəm, qərarı mən vermirəm".

Klubun mətbuat xidmətindən sorğumuza isə belə cavab verilib: "Komanda fəaliyyətini davam etdirəcək. Lisenziyanın tələbinə əməl olunacaq". 

Qeyd edək ki, "Şəfa"nın qadın komandası son mövsümdə 22 oyunda 45 xal toplayaraq 12 iştirakçı arasında 4-cü olub.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью