“Şəfa” Ramil Şeydayevlə anlaşa bilmədi

31.05.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ”dan ayrılan təcrübəli futbolçu Ramil Şeydayev “Şəfa” ilə danışıq aparıb.
Bizim.Media xəbər verir ki, birinci Liqanın qalibi kimi Premyer Liqaya vəsiqə qazanmış paytaxt təmsilçisi təcrübəli futbolçuya təklif göndərib. Ancaq tərəflər maliyyə məsələsində anlaşa bilmədiklərinə görə keçid baş tutmayıb.
Qeyd edək ki, “Qarabağ”a “Neftçi”dən keçən Ramil Şeydayev son mövsümdə cəmi 3 qarşılaşmada meydana çıxıb. 30 yaşlı futbolçu hazırda azad agent statusu daşıyır.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью