Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Şəfa” növbəti transferini reallaşdırıb.
Futbolpress.az xəbər verir ki, Bakı klubu müdafiəçi Andrey Fernando Draqunu heyətinə qatıb. 26 yaşlı rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Draqu son olaraq “Unirea Sloboziya” klubunda çıxış edib. Karyerası ərzində isə “Vitorul Tarqu”, “Botoşani” və “Universitatea Krayova” kimi komandaların formasını geyinib.