Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
“Şəfa” Misli Premyer Liqasının XIII turuna qələbə ilə başlayıb.
Redaktor.az xəbər verir ki, paytaxt klubu səfərdə “İmişli” ilə qarşılaşıb və meydanı üç xalla tərk edib.
Yevlax şəhər stadionunda keçirilən görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Şəfa”nın heyətində Elnur Cəfərov 14 və 29-cu dəqiqələrdə dubl edib. Musa Quel isə 55-ci dəqiqədə fərqlənib. Meydan sahiblərinin yeganə qolunu 41-ci dəqiqədə Ronaldo de Souza vurub.
Bu qələbədən sonra xallarını 8-ə çatdıran “Şəfa” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 12 xalı olan “İmişli” isə 8-ci yerdədir.
Turun növbəti oyununda “Neftçi” “Zirə”ni qəbul edəcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XIII turuna noyabrın 29-da yekun vurulacaq.