Şəfa stadionu nə vaxt təhvil veriləcək? Açıqlama

09.09.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Keçmiş "Şəfa" və "ASK Arena", son olaraq isə "Baku Arena" adlanan stadionda təmir işlərinin nə vaxt yekunlaşacağına aydınlıq gəlib. 

Arenanın direktoru Eyvaz Həsənovun Fanat.Az-a verdiyi məlumata görə, işlər ilin sonuna qədər başa çatdırılacaq:

"Hazırda örtük dəyişdirilir. Prosesin hələ 40 faizi yerinə yetirilib. Oktyabrda təhvil veriləcəyinə inanmıram. Yəqin ki, ilin sonuna çəkəcək. Əslində, başqa geniş təmir işləri görülmür. Sadəcə, örtük əvəzlənir. Bununla belə, asan və tez başa gələn iş deyil". 

Süni ot örtüyü yenisi ilə əvəzləndikdən sonra “Şəfa” stadionunda yenidən Premyer Liqa oyunları keçiriləcək. Vaxtilə “Şəfa” klubunun ixtiyarında olan idman qurğusu köhnə sahibinə veriləcək. I liqanın qalibi kimi Premyer Liqaya yüksələn debütant hazırda oyunlarını Sumqayıtda keçirir. 

Qeyd edək ki, ötən ilin sonunda Azərbaycan İnvestisiya Holdinqinin nəzarətinə keçən idman qurğusu bu yay Gənclər və İdman nazirliyinin balansına verilib.

Xatırladaq ki, stadion 2001-ci ildə "Termist" stadionunun yerində tikilib və 8125 tamaşaçı tutumuna malikdir. Arena bir neçə dəfə ad dəyişikliyinə məruz qalıb.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью