“Şəfa” təlim məşq toplanışını məğlubiyyətsiz başa vurub

07.08.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 7 avqust, AZƏRTAC

“Şəfa” yay təlim-məşq toplanışı çərçivəsində son yoxlama matçlarını keçirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, bir gün ərzində iki görüş baş tutub

İlk oyunda rəqib “Neftçi-2” olub. “Neftçi” Futbol Mərkəzində təşkil edilən qarşılaşmada “Şəfa” 2:1 hesabı ilə qalib gəlib. Qollara Elmir Tağıyev və Elnur Cəfərov imza atıblar.

Paralel keçirilən digər sınaq matçı “Qarabağ-2” ilə reallaşıb. “Bank Respublika Arena”nın ehtiyat meydançasında baş tutan görüş “Şəfa”nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nahid Əliyev, Mussa Qael və Nihad Quliyev qolların müəllifi olublar.

Hər iki oyunda məşqçilər iki fərqli heyəti sınaqdan keçiriblər.

Bununla da “Şəfa” təlim-məşq toplanışı çərçivəsindəki oyunları məğlubiyyətsiz tamamlayıb. Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv digər sınaq matçlarında “Araz-Naxçıvan”a qalib gəlib (2:0), “İmişli” (2:2) və “Qəbələ” (1:1) ilə heç-heçə edib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью