Şəfa Turan Tovuz a qarşı

11.10.2026

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının 7-ci turunun son oyunu Sumqayıtda keçiriləcək. Sport24.az xəbər verir ki, ev oyunlarını bu şəhərdə "Şəfa" "Turan Tovuz"u qəbul edir.

Hazırda aktivində 11 xal olan Qərb təmsilçisi 4-cü, nominal meydan sahibləri isə 3 xalla tunir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, 8-ci tura oktyabrın 16-da start veriləcək.

Misli Premyer Liqası

I dövrə, VII tur

18:30. "Şəfa" - "Turan Tovuz"

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Mahmud Bağırzadə
VAR: Nicat İsmayıllı 
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: İmanxan Sultani 
AFFA nümayəndəsi: Elçin Məmmədov
Sumqayıt. "SOCAR Polymer Arena".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью