“Şəfa” üçün ritorik sual…

25.10.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Şəfa” sonuncu dəfə 64 gün əvvəl qələbə qazanıb. Odur-budur, qələbə nədir, heç-heçə üzünə həsrətdir.

Dünən də doğma meydanda “Kəpəz”ə qarşı hesabda öndə olduğu oyunda uduzdu – 1:2.

2-ci turda səfərdə “Qəbələ”ni 1:0 hesabıyla məğlub edən “Şəfa” 3 xalla 11-ci pillədə qərarlaşıb.

Komandanın problemi nədir?

9 oyuna cəmi 5 qol vurulub. 17-si buraxılıb.

-12 top fərqi ilə sonuncu pillədəki “Araz Naxçıvan”la eyni nəticə…

***

“Şəfa” üçün proqnozlaşdırıla biləcək ən pis tablo.

Baş məşqçi Zaur Həşimov dünənki oyundan sonra deyib ki, futbolçuların üzərindəki gərginliyi itirə bilmirik.

Bəs çıxış yolu?

Kamil Əhməd

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью