“Şəfa” yaxşı oynadı, biz isə sadəcə meydanda idik”

27.11.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Misli Premyer Liqasının XIII turunun “İmişli” – “Şəfa” oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Ervins Perkons jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Oyun haqda danışılacaq çox şey yoxdur. “Şəfa” yaxşı oynadı, biz isə sadəcə meydanda idik.

– Komandanın oyununun alınmamasının səbəbi nə idi?
– Komandada sanki mübarizə, istək yox idi. “Şəfa” üçün isə sanki bu matç final oyunu idi. Bütün mübarizələrdə bizi üstələdilər. Heç kəs sənə xal verməyəcək, bunu özün qazanmalısan. Rəqib bizdən üstün idi. Buna görə də qələbə qazandılar.

– Taktikanı niyə dəyişmədiniz?
– Deməzdim ki, dəyişmədik. Birinci hissədə 4-4-2 sistemi ilə oynadıq, ikinci hissədə isə 3-5-2-yə keçdik. Topun irəli aparılması yarımmüdafiəçilərdən asılı idi. Onlar daha çox driblinq etməyə çalışırdılar. Belə olanda topun cinahlara çatdırılması ləngiyir. Hər bir halda, yekunda istədiyimiz nəticəni əldə edə bilmədik.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью