Şəfahət İmranov vəzifəsindən azad edildi Abşerona prokuror göndərildi

02.02.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Respublika Hərbi Prokurorunun müavini-ədliyyə general-mayoru Şəfahət İmranov vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

17 ildir respublika hərbi prokurorunun müavini işləyən Ş.İmranov Abşeron rayonunun prokuroru təyin edilib.

Qeyd edək ki, baş prokuror Kamran Əliyev bundan əvvəl Tərtərin mülki hərbi prokurorlarını da dəyişib. 

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью