Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
"Səfalı" MTK-dan mənzil alan sakinlər binanın idarə olunmasındakı problemlərdən şikayətçidirlər.
Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 4 binanın sakinləri "Xəzər Xəbər"ə müraciət ediblər. Onların narazılığı yaşadıqları binanın idarə olunmasındakı problemlərdəndir. İddia edirlər ki, onların bu narazılığını nə MTK eşidir, nə də aidiyyəti qurumlar.
Sakinlər deyirlər ki, "Səfalı" MTK binanın həyətini ayrı-ayrı obyektlərə icarəyə verib, bu da onların ciddi narazılığına səbəb olub.
Binanın komendantı Fuad Həsənov isə sakinlərin iddiaları ilə razılaşmır.
"Səfalı" MTK-nın sədrinin köməkçisi İlqar Əliyev isə sakinləri liftdən səliqəli istifadə etməməkdə ittiham edib. Binanın həyətinin sakinlərin istifadəsinə verilməməsi, həyətin giriş-çıxışında şlaqbaumun olmaması və sakinləri narahat edən digər problemlərə gəlincə, MTK sədrinin köməkçisi bu suallara aydınlıq gətirmək istəmədiyini bildirərək, dəstəyi asıb.
Sakinlər isə ümid edirlər ki, məsələ ictimailəşdikdən sonra problemləri qısa zaman ərzində həll olunacaq.