“Şəfa”nın baş məşqçisi beş oyunu buraxacaq

23.10.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA U-17 Liqasında çıxış edən “Şəfa”nın baş məşqçisi Vasif Haqverdiyev beş oyunluq cəzalanıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna mütəxəssisin öz futbolçusuna qarşı təcavüzkar davranışı səbəb olub. V.Haqverdiyev “İmişli” ilə matçdan sonra öz oyunçusuna qarşı təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalanıb. O, növbəti beş oyunda texniki zonada yer almayacaq.

İkinci Liqada çıxış edən “Dinamo”nun futbolçusu Valeh Seyidov dörd oyunluq cəza alıb. O, səkkizinci turda “Qaradağ Lökbatan”la oyunun 70-ci dəqiqəsində təcavüzkar davranış ucbatından bu cəza ilə üzləşib. Klub isə 300 manat cərimə olunub.

Eyni çempionatda “Ağdaş” komandasının rəhbəri Ruslan Hüseynov “Hypers”lə oyundan sonra hakimləri təhqir etdiyinə görə növbəti dörd matça buraxılmayacaq. Bölgə təmsilçisi buna görə 1000 manat ödəməli olacaq.

“Şəmkir”in oyunçusu Elçin Qasımov isə “Difai” ilə qarşılaşmada təcavüzkar davranış səbəbindən üç oyunluq cəzalanıb. Kluba 300 manat cərimə kəsilib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью