“Şəfa”nın futbolçuları 4 oyunluq cəzalandı

05.11.2024

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Azərbaycan Kubokunun II təsnifat mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Mingəçevir” – “Zaqatala” oyununda “Mingəçevir” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” komandası 70 manat cərimə edilir (maddə 37);

“Qaradağ Lökbatan” – “Karvan” oyunu FHN avtomobilinin gec gəlməsi səbəbindən gec başladığına görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilir (maddə 72.4);

“Qaradağ Lökbatan” – “Karvan” oyunu bitdikdən sonra “Karvan” komandasının 4 nömrəli futbolçusu Kənan Quliyev tərəfindən stadionun infrastrukturuna zərər yetirildiyinə görə Kənan Quliyev 1 oyun cəzalanır, “Karvan” klubu 100 manat cərimə edilir. Stadionun infrastrukturuna vurulmuş zərər “Karvan” klubu tərəfindən ödənilsin  (maddə 54.1, 54.2);

“Şəfa” – “Difai” oyununda “Şəfa” komandasında 7 nəfər sarı vərəqə aldığına görə “Şəfa” komandası 70 manat cərimə edilir (maddə 37);

“Şəfa” – “Difai” oyununun 105-ci dəqiqəsində “Şəfa” komandasında 7 nömrəli futbolçusu Elvin Nəsibov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Şəfa” komandası 300 manat cərimə edilir (maddə 40.3);

“Şəfa” – “Difai” oyunu bitdikdən sonra “Şəfa” komandasında 32 nömrəli futbolçusu Elməddin Hüseynzadə təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Şəfa” komandası 300 manat cərimə edilir (maddə 40.3);

“Şəfa” – “Difai” oyununda “Difai” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Difai” komandası 70 manat cərimə edilir (maddə 37);

“Şəfa” – “Difai” oyunu bitdikdən sonra “Difai” komandasının 73 nömrəli futbolçusu Bəşir Ayralov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, “Difai” komandası 200 manat cərimə edilir (maddə 43.1);

Əsas xəbərlər, Ölkə futbolu Millinin məşqçiləri Belfasta nə üçün gedib?

4 Noyabr 2024, 23:13

Əsas xəbərlər, Ölkə futbolu AFFA nümayəndəsi Avstriyaya gedəcək

4 Noyabr 2024, 16:32

Əsas xəbərlər, Ölkə futbolu AFFA rəsmisi “Betis”in oyununda

4 Noyabr 2024, 12:26

Əsas xəbərlər, Ölkə futbolu Milliyə 23 futbolçu dəvət olundu – adlar

2 Noyabr 2024, 12:19

Əsas xəbərlər, Manşet, Ölkə futbolu, PRESSinq AFFA-da “çistka” başlayıb?

1 Noyabr 2024, 8:18

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan yığması Türkiyə ilə heç-heçə etdi

31 Oktyabr 2024, 15:54

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью