“Şəfa”nın hücumçusu sentyabrın sonunadək məşq etməyəcək

17.09.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Şəfa” futbol klubunda zədə problemi davam edir. Luis Felipenin durumunun gözlənildiyindən daha ciddi olduğu məlum olub.

İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqanın dördüncü turunda “Neftçi” ilə keçirilən matçda (1:4) xəsarət alan braziliyalı hücumçu bir müddət də yaşıl meydanlardan kənarda qalacaq.

Qarşılaşmanın 62-ci dəqiqəsində Nahid Əliyevlə əvəzlənən 25 yaşlı futbolçunun müayinəsi zamanı sağ ayaq topuğunda iki şiş aşkarlanıb.

Həkimlərin rəyinə əsasən, Luis Felipe ötən turda olduğu kimi, qarşıdakı “Qarabağ”la görüşü də buraxmalı olacaq.

Bundan əlavə, forvardın sentyabrın sonunadək fərdi məşqlərə başlamaması tövsiyə olunub.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью