futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Şəfa” Misli Premyer Liqasının X turunda “Sumqayıt”la heç-heçə edib – 1:1.
Matçdan sonra Bakı təmsilçisinin futbolçusu Bafode Dansoko “Futbolpress.az”ın suallarını cavablandırdı:
– Nəticəni şərh edərdiniz.
– Oyunun ağır keçəcəyini bilirdik. Rəqibi təhlil etmişdik və onların zəif tərəflərini görmüşdük. Yaxşı oynadıq, qol vurduq, epizodlara girdik, amma yekunda meydanı bir xalla tərk etdik.
– Bərabərlik ədalətli nəticədir?
– Qələbəyə layiq tərəf biz idik. “Sumqayıt”dan yaxşı oynadıq və daha çox qol imkanımız oldu. Buna baxmayaraq, üzərimizdə çalışmalı və nəticələri düzəltməliyik.
– Komanda önə keçdiyi matçlarda uduzur. Bu, nə ilə əlaqəlidir?
– Futbolda belə hallar olur. Bəzən bəxtimiz gətirmir. Bu matçda da neçə topumuz dirəkdən qayıtdı.
– Qarşıda “Araz-Naxçıvan”la oyun var. Gözləntiləriniz nədir?
– Meydana qələbə üçün çıxacağıq. İnanıram ki, istədiyimiz nəticəni əldə edə bilərik. Oyundan-oyuna daha da yaxşı oluruq.
Şahin Cəfərov