“Şəfa”nın yay hazırlıq planı bəlli oldu

08.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

“Şəfa”nın yay hazırlıq planı bəlli oldu

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Komanda iyulun 2-də Bakıda toplanacaq. Hazırlığın ilk mərhələsi paytaxtda keçiriləcək.

İyulun 20-də isə “Şəfa” Qəbələyə yollanacaq. Hazırlığın ikinci mərhələsi avqustun 9-dək burada davam edəcək.

Komanda yeni mövsümə hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu da keçirəcək. Qarşılaşmaların tarixi və məkanı barədə əlavə məlumat daha sonra veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью