“Şəfa”nın yay planı

08.06.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, komanda iyulun 2-də Bakıda toplanacaq. Hazırlığın ilk mərhələsi paytaxtda keçiriləcək.

İyulun 20-də isə “Şəfa” Qəbələyə yollanacaq. Hazırlığın ikinci mərhələsi avqustun 9-dək burada davam edəcək.

Komanda yeni mövsümə hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu da keçirəcək. Qarşılaşmaların tarixi və məkanı hələ məlum deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью