Sefas “Qarabağ”dan getmək istəyir? İddialarla bağlı klubdan ə AÇIQLAMA

25.11.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”ın yamaykalı futbolçusu Renaldo Sefasın komandadan ayrılmaq istədiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib.

Yerli mediada 26 yaşlı hücumçunun Ağdam klubunda özünü xoşbəxt hiss etmədiyi və mütəmadi olaraq əsas heyətdə forma geyinə biləcəyi komanda axtardığı iddia olunub.

Məsələ ilə bağlı İdman.Biz “Qarabağ”ın mətbuat xidməti ilə əlaqə saxlayıb.

Klubdan saytımıza bildirilib ki, Renaldo Sefasın komandadan ayrılmaq niyyətində olması və özünü “Qarabağ”da xoşbəxt hiss etməməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, Renaldo Sefas 2026-cı ilin yayında Rusiyanın “Pari Nijni Novqorod” klubundan “Qarabağ”a transfer olunub. Ağdam təmsilçisi Yamayka millisinin üzvü ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

İlqar Şabanov

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью