Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Məmmədova Şəfəq Fərman qızı idarə etdiyi "Mazda" avtomobillə Nəsimi rayonu, Cavadxan 23 ünvanında hərəkətdə olarkən piyada Əliyeva Arzu Əhməd qızını vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.