Icma.az bildirir, Sia Az portalına istinadən. "Azərbaycan Prezidentinin Ağdama səfəri uzun illər düşmən tapdağı altında qalan torpağımıza mö
Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, Ağdam qurulur, əvvəlkindən daha əzəmətli, daha möhtəşəm, daha böyük, daha müasir bir Ağdam olacaqdır: "Azərbaycan Prezidenti Ağdam şəhərinə səfəri çərçivəsində bir sıra açılışlarda iştirak etdi.
Eyni zamanda uşaq bağçalarının, yeni yaşayış komplekslərinin, yeni otellərin, məktəblərin və digər tikililərin inşa olunması prosesi ilə tanış oldu.
Bu, onu göstərir ki, hazırda Ağdamda tam təminatlı böyük bir şəhər yaradılır.
Bu şəhərin müəllifi tarixi Zəfərimizin, "Böyük Qayıdış"ımızın müəllifi Prezident İlham Əliyevdir.
Şübhəsiz ki, Ağdam şəhəri və Ağdam rayonu Azərbaycanın mədəni həyatında, musiqi həyatında, ictimai-siyasi, elmi həyatında müstəsna xidmətləri olan, inkişaf etmiş rayonlarımızdan biri olub.
Eyni zamanda Ağdam rayonu Aran Qarabağın ən inkişaf etmiş mərkəzlərindən biri kimi kənd təsərrüfatı, aqrar sənaye və bütövlükdə iqtisadiyyat mərkəzlərimizdən biri olub.