Səfər Əbiyevdən xaricə köçməsi xəbərinə sərt reaksiya | Icma.az
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq. “Qardaşım uzun müddət xəstə idi, həmin xəstəlikdən vəfat etdi”.
Globalinfo.az xəbər verir ki, bu sözləri qardaşının ölüm xəbərinin yayılması ilə bağlı Manset.az-a açıqlamasında sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bildirib.
Keçmiş nazir vətəndən xaricə köçməsi ilə bağlı sualı eşidərkən əsəbiləşib: “Ay kişi, nə istəyirsən sən? Yazırlar ki, Əbiyev xaricə köçdü.
Mən heç yerə köçməmişəm, vətənimdəyəm”. “Hazırda nə işlə məşğulsunuz?” sualına isə Səfər Əbiyev belə cavab verib: “Jurnalistlər bir çox sual
Hazırda öz işlərimlə məşğulam, nəvələrimlə oynayıram. Bəsdir, sual verdin!” – deyə keçmiş müdafiə naziri bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu